Sulutəpə sakinləri: "Gəlib su borusuna taxtadan "çüy" vurub gedirlər" - VİDEO


Sulutəpə sakinləri qəsəbələrindəki küçələrin bərbad vəziyyətdə olduğundan şikayət ediblər.
Sulutupə qəsəbəsinin sakinləri Yeniavaz.com-a bildirdilər ki, məsul idarələrə dəfələrlə müraciət etmələrinə baxmayaraq yol problemləri ilə maraqlananlar olmayıb. Avtomobil yollarının pis vəziyyətdə olduğunu söyləyən sakinlər yağışlı havalarda küçələrə çıxa bilmədiyini deyiblər. Bəhs edilən küçələrdə xüsusilə azyaşlılar məktəbə gedib-gəlməkdə olduqca çətinlik çəkirlər. Bütün küçə boyu palçıqlı su axdığı üçün piyadaların hərəkəti mümkünsüzləşir. Yollarda açılan iri çuxurlar səbəbilə bəzi həyətlərə hətta avtomobillərin getməsi belə problemə çevrilib. Şikayətçilər qışın yaxınlaşması ilə həmin küçələrdə problemlərin daha da artacağını bildirərək küçələrin təmir olunmasını tələb edirlər. Şikayətlə bağlı videonu təqdim edirik: 

DİGƏR XƏBƏRLƏR

Top