Ermənistan və Türkiyə milli komandası bu gün Antalyada qarşılaşacaq


Ermənistanın 19 yaşlı futbolçulardan ibarət milli komandası Türkiyə milli komandası ilə qarşılaşacaq.
Yeniavaz.com xəbər verir ki, Ermənistan milli komandası Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Antaliyada Türkiyə milli komandası qarşılaşacaq.
Qeyd edək ki, Antaliyada başlayacaq və 19 noyabrda sona çatacaq seçmə mərhələnin oyunlarında Ermənistan, Türkiyə, Monteneqro və Bolqarıstan milli komandaları mübarizə aparacaq.
Ermənistan-Türkiyə oyunu Antalyanın Manavqat rayonunda yerləşən "Arslan Zeki Demirci" stadionunda, Türkiyə vaxtı ilə saat 16:00-da başlayacaq.

İlkin Uğur
 

DİGƏR XƏBƏRLƏR

Top