Bakıda qəza sıxlığa səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilir ki, Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağırov körpüsünə yaxın ərazidə) kənar yolda nəqliyyat hadisəsi olub. Bununla əlaqədar həmin istiqamətdə tıxac müşahidə edilir.
Bu səbəbdən prospektdən keçən avtobusların intervalında gecikmə var.