Məşhur erməni qumarbaz ABŞ prezidenti olmaq istəyir


ABŞ-da şou aləminin məşhur nümayəndələrindən sayılan erməni Dan Bilzeryan ABŞ-da prezident seçkilərinə qatılmaq istədiyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da kifayət qədər tanınmış erməni Dan Bilzeryan 2024-cü ildə ABŞ prezidentliyinə namizəd ola biləcəyini bildirib. Jurnalistlər ondan bu fikirdə ciddi olub olmamasını soruşduqda isə "bu barədə fikirləşməyə hələ vaxtım var"-deyə cavab verib. "Instagram"da 29 milyondan çox izləyicisi olan erməni həm də ABŞ-da ən məşhur qumarbazlardan biri hesab edilir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top