Müsavat Partiyasının başqanı sərbəst buraxılıb - YENİLƏNİB

Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

Bu barədə facebook-da partiya sədri özü məlumat verib.

***14:10
Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bildirib. O, qeyd edib ki, A.Hacılı polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

İ.Qəmbər həmçinin qeyd edib ki, saxlanılarkən A.Hacılının telefonu da əlindən alınıb.  

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

Bundan sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.

DİGƏR XƏBƏRLƏR

Top