Zimbabvedə quraqlıq səbəbindən 2690 vəhşi heyvanın yeri dəyişdiriləcək
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zimbabve Milli Parklar və Vəhşi Təbiət idarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, Saxlama Vadisi Qoruğundakı 600 fil, 2 min impala, 50 camış və 40 zürafə Çizarira Milli Parkı, Sapi Milli Parkı və Mavuradonha Safari Bölgəsinə aparılacaq. Heyvanların daşınması üçün təxminən 3 milyon dollar (təxminən 5milyon AZN) xərclənəcəyi müəyyən olunub.
Qeyd edək ki, Zimbabvedə su və qida tapa bilməyən 200-ə yaxın fil ölüb.
Fəridə Qədirova