Kanalizasiya quyusuna düşərək ölən fəhlələrlə bağlı cinayət işi başlanıldı


“Ağ şəhər”də iki fəhlənin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Bakı Şəhər Prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, noyabrın 11-i səhər saat 8 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanıb.

Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğuna tapşırılıb.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top