Tramp gülləkeçirməz şüşənin arxasından çıxış etdi – SƏBƏB/VİDEO


ABŞ prezidenti Donald Tramp “Veteranlar Günü” münasibəti ilə Nyu-Yorkda təşkil olunan tədbirə qatılıb. Tədbir zamanı geniş miqyasda təhlükəsizlik tədbirləri görülərkən Trampın gülləkeçirməz şüşənin arxasından çıxış etməsi diqqətlərdən qaçmayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Müharibə Veteranları Şurası tərəfindən Manhettenin Madison Meydanı Parkında təşkil edilən mərasim üçün yaxınlıqda geniş təhlükəsizlik tədbirləri görülüb. Buna səbəb ABŞ prezidenti D.Trampa qarşı sui-qəsd  ediləcəyi barədə  kəşfiyyat idarəsinə xəbər verilməsi olub. Buna görə də həyat yoldaşı Melaniya Tramp ilə tədbirə qatılan D.Tramp təhlükəsizliyin qorunması üçün  iştirakçıları gülləkeçirməz şüşənin ardından təbrik edib.
Qeyd edək ki, Nyu-Yorkda doğulub böyüyən  D. Tramp keçən həftə Demokratik idarəçilərinin ona qarşı yönəlmiş siyasi davranışlarına istinad edərək iqamətgahını Floridaya köçürüb.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top