Nazarbayev Putin və Zelenski arasında görüş təşkil etməyə çalışır

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında təkbətək görüş təşkil etməyə çalışır.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın sabiq prezidenti paytaxt Nur-Sultanda keçirilən beynəlxalq konfransda bildirib. 

“Zelenski artıq təkbətək görüşə razılıq verib və mən bu barədə Rusiya Prezidentini məlumatlandırmışam”, - deyə N. Nazarbayev vurğulayıb.

O qeyd edib ki, görüşlə bağlı V. Putindən cavab gözləyir.

N. Nazarbayev görüş yeri üçün isə Qazaxıstanı təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top