8-ci mikrorayonda maşın piyadanı vurdu - vəziyyəti ağırdır

Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, hadisə Cəfər Xandan küçəsində baş verib.
1977-ci il təvəllüdlü Vəzirov Akif  Həsənağa oğlu yolu keçmək istəyərkən “99-FF-892” dövlət nömrə nişanlı “Kia Optima” markalı minik avtomobili onu vurub.
Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Binəqədi Rayon polis İdarəsində araşdırma aparılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top