Bakıda taksidən düşmək istəyən 2 nəfəri avtomobil vurub


Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Heydər Əliyev prospektində, Hava Limanı istiqamətində qeydə alınıb.

1989-cu il təvəllüdlü Hüseynov Elxan Əmirxan oğlu və 1996-cı il təvəllüdlü Həsənov Tural Qalib oğlu taksidən düşən zaman arxadan gələn minik avtomobili onları vurub.

Yaralılar xəstəxanaya çatdırılıb. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top