Azərbaycanda həvəskar bağbanın meyvələri Ginnesin rekordalar kitabına düşə bilər - FOTO


Mingəçevirdə həvəskar bağban çəkisi 800 qramdan artıq olan meyvələr yetişdirir.
Mingəçevirli bağban Hüsaməddin Əliyevin bağında  yetişən armud 800 qram, almalar isə 500 qramdan artıq olur. Həvəskar bağban meyvələrin çəksi bir qədər də artarsa Ginnesin rekordalar kitabına düşə biləcəyini deyir. Bu ilin aprel ayında torpağa basdırlan tinglərin gövdələri 3 illik ağaclara bənzəyir. İlk ilində məhsul verməklə yanaşı, yüksək məhsuldarlığı ilə seçilir. Xaricdən gətirlib Balakən rayonunda calaq edilən tingləri həvəskar bağban Hüsaməddin Əliyev 6 ay öncə Mingəçevirə gətirib. Ufo texnologiyasından istifadə edərək 1 ağacı 7-8 ağaca çevirməklə ondan 200 kq-dan artıq məhsul ala biləcəyini deyir.
Bağda becərilən ağacların boyu çox hündür olmur, kökləri isə 45-50 sm-dən artıq dərinliyə getmir. Bu səbəbdən həvəskar bağban ağacları damcı üsulu ilə hər gün suvarır.
Bağda 300-dən artıq müxtəlif növ ağaclar var. Ən diqqət çəkən məqam isə yetişdirlən meyvələrin GMO yəni geni dəyişdirilmiş olmamasıdır. Ağacların rahat suvarılması, peyin və kübrələrin verilməsi üçün işlənmiş şinlərdən də istifadə edilir.

Esmira Hidayətova, Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top