Baş məşqçini itələyib yıxdı, meydanda ara qarışdı - VİDEO


Almaniya Bundesliqasının 11-ci turunda keçirilən “Frayburq” - “Ayntraxt”  (1:0) matçında dava düşüb.

Görüşün 90+5-ci dəqiqəsində qonaqların futbolçusu David Abraham topu oyuna daxil etmək üçün qaçarkən meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı yerə yıxıb. Bundan sonra Frankfurt klubunun futbolçuları Abrahamın üzərinə gedib. İnsidentə digər futbolçular da qoşulub.
Baş hakim Abrahama qırmızı vərəqə göstərib.

(qafqazinfo.az)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top