Miqrantları Yunanıstana keçirmək istəyən azərbaycanlı saxlanıldı - VİDEO

Türkiyədə 10 miqrant qeyri-qanuni yolla Yunanıstana keçmək istəyərkən saxlanılıb. 
İstanbulun Zeytinburnu ərazisində polisin keçirdiyi reyd zamanı 10 miqrantı daşıyan mikroavtobus saxlanılıb.
Sürücü nəqliyyat vasitəsini saxladıqdan sonra, polislərdən qaçmaq istəyib. Polisdən qaçan sürücü saxlanıldıqdan sonra məhkəmə gətirilib. 
Məhkəmənin hökmü ilə sürücü həbs olunub.
Qeyd edək ki, miqrantları daşıyan sürücü azərbaycanlı Ruslan J. olub. 


unikal.org

DİGƏR XƏBƏRLƏR

Top