Məşhur supermarketdə 31 qəpiyə görə qalmaqal yaşanıb - FOTOFAKT


Böyük marketlərdə vitrinlərdəki qiymətlərlə kassadakı qiymətlərinin üst-üstə düşməməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib.

Yeniavaz.com xəbər verir ki, “Neptun” supermarketdən “Penti” kalqotka alan müştəri vitrində başqa, kassada başqa qiymətlə rastlaşıb.
Belə ki, vitrində kalqotkanın 1 ədədinin qiyməti 4 manat 69 qəpik olsa da, kassada kalqotkanın qiyməti 5 manat çıxıb.
Qeyd edək ki, dəfələrlə mətbuatda marketlərin müştəriləri aldatması faktı işıqlandırılsada bu problem həll olunmur.


Bizimyol.info

DİGƏR XƏBƏRLƏR

Top