Mehman Hüseynov bələdiyyə seçkiləri üçün imza toplayır - FOTO


Bloger Mehman Hüseynovun bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürməsi haqqında xəbər vermişdik.
Yeniavaz.com xəbər verir ki, onun səlahiyyətli nümayəndəsi olduğunu iddia edən Ulvi Həsənli şəxs bu istiqamətdə görülən işlər haqqında “Facebook” səhifəsində məlumat verib: "Mehman Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb. İmzalar demək olar toplanıb, 1-2 günə dairə seçki komissiyasına təqdim edəcəyik. Mən də öz növbəmdə Mehmana kömək edirəm, həm də səlahiyyətli nümayəndəsiyəm. İnanıram ki maraqlı kampaniya həyata keçirəcəyik, Mehman da bələdiyyəyə seçiləcək. Ondan sonra isə daha maraqlı period başlayacaq”.
O bu statusu paylaşan zaman Mehman Hüseynovun “Facebook” profilini də işarələyib.
Qeyd edək ki, M. Hüseynov 2019-cu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

DİGƏR XƏBƏRLƏR

Top