Rusiyada sərxoş sürücü yolu keçən yaşlı piyadaları vurdu – ANBAAN VİDEO


Rusiya Federasiyasının Çuvaşistan Respublikasının Alatır şəhərində sərxoş sürücü yolu keçən 3 piyadanı vurub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik kameralarından qəza anına aid əldə olunan görüntülərdə, yolun sağından gələn avtomobilin yolu keçən 3 nəfərə yol vermək üçün dayandığı müşahidə olunur. Həmin vaxt yolun solundan gələn sərxoş sürücü sözügedən 3 nəfər yaşlı piyadanı maşınla vurub.
Hadisə ilə bağlı verilən açıqlamada yaralıların xəstəxanaya çatdırıldığı bildirilir.
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top