Türkiyə ələ keçirdiyi İŞİD üzvlərini vətəndaşı olduğu ölkələrə qaytarır.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Çataqlı görülən tədbirlərlə bağlı açıqlama verib: “Qayıdış mərkəzlərində alman əsilli 7 nəfər terroristin səyahət planı tərtib olunub, 14 noyabrda deportasiya olunacaqlar”.
İ.Çataqlı həmçinin ABŞ vətəndaşı olan terroristin artıq ölkədən deport olunduğunu bildirib.
Daxili işlər naziri Süleyman Soylu bununla bağlı açıqlamasında Türkiyədə 200-ə yaxın İŞİD terroristin olduğunu bildirib: “İndi də əlimizdə olan terroristləri əlbəttə ki, ölkələrinə göndərəcəyik. Ancaq dünya yeni bir metod təyin edib. Bu metodla onlar vətəndaşlıqdan çıxarılır. Heç təəssüflənməsinlər, onları istəyir vətəndaşlıqdan çıxarsınlar, istəyir çıxarmasınlar öz ölkələrinə göndərəcəyik”.
Qeyd edək ki, daxili işlər naziri S.Soylu keçən həftə verdiyi açıqlamada deportasiyanın bazar ertəsindən etibarən başlayacağını bildirmişdi.
Firəngiz Quliyeva