Bayram günlərində 9 nəfər öldü - Dəhşətli statistika


Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.  
Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb.  
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top