Sabah hava necə olacaq?


Sabaha gözlənilən hava proqnozu açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq, Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu  gecə 9-13° isti, gündüz  17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz  18-20°  isti təşkil edəcək.
Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq. 
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb  küləyi əsəcək. 
Havanın temperaturu gecə 6-11° isti, gündüz  17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz  12-17° isti təşkil edəcək.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top