Honkonqda polis etirazçını odlu silahla vurdu – ANBAAN VİDEO


Honkonqda uzun müddətdir davam edən aksiya şiddətlənib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Honkonqun Sayvanho bölgəsində baş verən nümayişdə polislə etirazçılar arasında qarşıdurma yaranıb. Belə ki, hadisə zamanı polis 1 nəfər etirazçını odlu silahla vuraraq döş qəfəsindən yaralayıb.
Nümayişçilərdən biri vurulma anını “Facebook”da canlı yayım vasitəsiylə paylaşıb.
Qeyd edək ki, sözügedən nümayişçinin aqibəti məlum deyil. 
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top