Meksikada bir ay ərzində eyni bölgədən 52 cəsəd tapıldı

 
Meksikanın Puerto Penasko şəhəri yaxınlığında bir çuxurun içərisində 10 cəsəd tapılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu cəsədlər ərazidə gəzən bir qrup şəxs tərəfindən aşkar olunub.
Hüquq-mühafizə orqanlarının verdiyi açıqlamada hadisənin kim və ya kimlər tərəfindən törədildiyinin məlum olmadığı bildirilir.
Qeyd edək ki, Meksikada bu cür cinayətlər narkotik tacirləri və qaçaqmalçılar tərəfindən törədilir.
Xatırladaq ki, bir ay ərzində eyni bölgədəki tapılan cəsədlərin sayı 52-ə yüksəlib.
Fəridə Qədirova

DİGƏR XƏBƏRLƏR

Top