Qazaxda toy karvanında silahdan atəş açan şəxs tutuldu - VİDEO


Qazaxda toy karvanında odlu silahdan havaya atəş şəxsin kimliyi müəyyənləşib.  

Yeniavaz.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, məlum görüntülər sosial şəbəkələrdə yayılandan dərhal sonra polis tərəfindən araşdırma aparılıb. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşib.

Qazax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində toy karvanında ov tüfəngindən havaya atəş açan Ağstafa rayon sakini, 25 yaşlı Orxan Əlizadə saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

O.Mansurzadə qeyd edib ki, hazırda Qazax RPŞ-də araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.  

O.Əlizadə əsgər yoldaşı Vələd Yusifovun toy mərasiminə gedibmiş. Hadsiə zamanı istifadə etdiyi silah isə O.Əlizadənin atasına məxsus olub.


**10:58

“Youtube” sosial şəbəkəsində Qazax rayonun Daş Salahlı kəndində, toy karvanında kənd sakinlərindən birinin avtomobildən havaya atəş açmasının görüntüləri yayılıb.

Yeniavaz.com xəbər verir ki, görüntülər, noyabr ayının 10-da Eldar Barxudarlı adlı şəxsin “Youtube” kanalına yüklənmiş videoda öz əksini tapıb. Sərlövhədə kadrların Qazax rayonunun Daş Salahlı kəndində keçirilən toyda lentə alındığı bildirilib. E. Barxudarlı həmçinin toyu lentə alan operator olduğunu qeyd edib.
Kadrlarda “VAZ-2106” markalı, “09-BC-367” dövlət qeydiyyat nişanlı avtobobilin ön tərəfində əyləşən gəncin ov silahından havaya atəş açdığı müşahidə olunur.
Həmin kadrları təqdim edirik:
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasaq da, nazirliyin mətbuat xidmətindən iş günü olmadığı üçün cavab ala bilmədik.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top