Dünyaca məşhur tarixçi 24 yaşlı sevgilisini mişarla doğradı – FOTOLAR


Rusiyanın məşhur tarixçisi Oleq Sokolov içində kəsilmiş qadın qolları olan çanta ilə saxlanılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 63 yaşlı tarixçi, 24 yaşlı sevgilisini öldürüb, mişarla doğradığını etiraf edib.
O. Solokov noyabrın 9-da parçaladığı cəsədin izini itirmək istəyən zaman buz tutmuş Moyka çayına düşüb. Polis tərəfindən xilas edilən tarixçi, 24 yaşlı sevgilisi Anastasiya Yeşenkonu öldürdüyünü etiraf etməli olub. O, bunu qəsdən etmədiyini bildirib.
Rusiya mətbuatı tarixçinin, cəsədin izlərini itirdikdən sonra Napolyon paltarlarında intihar etməyi planlaşdırdığını iddia edib.
Polislər tarixçinin evində təhqiqat aparan zaman cəsədin digər parçaları ilə yanaşı qana bulanmış mişar da tapıblar.
Qeyd edək ki, A. Yeşenko həm də Fransa tarixini dərindən bilən O. Sokolovun şagirdi olub. O. Sokolov “Napolyon müharibələri” sahəsində apardığı tarixi araşdırmalarına görə 2003-cü ildə Fransanın “Şərəf Nişanı”na layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top