Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Aparıcı Xose Bernando və Rəfael Hüseynovu bıçaqlayan şəxs saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Xose Bernardo və paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov Bakının Pirallahı rayonu ərazisində bıçaqlanıb. X.Bernando ilkin tibbi yardımdan sonra evə buraxılsa da, R.Hüseynovun vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir.

***09:15
Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, insident Pirallahıda yerləşən restoranların birində qeydə alınıb.

Hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib. Vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo isə ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top