Peterburqda iki mərkəzi partlatmaqla hədələdilər - Partladıcını Azərbaycandan apardıqlarını yazıblar


Dünən Peterburqdakı "Qalereya" ticarət mərkəzinin üç əməkdaşının şəxsi ünvanına iki mərkəzdə-"Qalereya" və “Jemçujnaya plaza”da terror aktı təhdidi ilə məktublar gəlib.

Təhdid məktubları guya daha əvvəl Peterburq metrosunun iki stansiyasını partlatmaqla hədələmiş Moskva vəkilinin (adı göstərilmir) qızı tərəfindən imzalanıb...

Agentliyə məlum olub ki, məktub müəllifləri adları göstərilən ticarət mərkəzlərində eyni vaxtda 15 bomba partlatmaqla Şimali Qafqazın islam respublikalarının və Suriyanın "işğalı" üçün qanlı qisas vəd ediblər. İddia olunub ki, guya partlayıcı maddələrin bir hissəsini "Dağıstana, Türkiyə və Azərbaycandan keçirməklə Suriyadan" gətiriblər.

Bundan əlavə, anonim müəllifləri partlayışdan sonra sağ qalan müştəriləri zəhərli qazla təhdid ediblər – guya bunun üçün yeddi balon maddə hazırlanıb və onlar da ayrıca partlayıcı qurğular vasitəsilə partladılacaq.

Agentlik xatırladır ki, təhdid məktubları "Peterburq metropoliteni" idarəsinin rəsmi saytına 7 noyabrda mobil telefon nömrəsindən ibarət pulsuz elektron poçtdan daxil olub. Açıq girişdə Moskva Vəkillər Palatasının üzvü onu öz nömrəsi kimi göstərir. Deyilənə görə, hüquqşünas mövcud hakimiyyətə kəskin tənqidi münasibəti ilə məşhurdur. Hazırda vəkilin həqiqətən də bu cinayətdə iştirak edib-etməməsi dəqiqləşdirilir.

Agentliyin yazdığına görə, binalara və ətrafdakı ərazilərə baxış keçirilib, lakin təhlükəli heç nə aşkar edilməyib, təxliyə də aparılmayıb.

Məktub müəllifləri barəsində cinayət işinin başlanması məsələsinə baxılır. //Virtualaz.org

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top