Sergey Lavrov İrəvana rəsmi səfər edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana rəsmi səfər edib.

Rusiyalı nazirin İrəvana səfər proqramı erməni həmkarı Zohrab Mnatsakanyanla birlikdə Böyük Vətən Müharibəsi üzərində qələbənin 75 illiyinə həsr olunmuş sərginin açılışında iştirakı ilə başlayır. Tədbir Ermənistan Milli Qalereyasında keçiriləcək.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xəbər verdiyi kimi, Lavrovun İrəvana rəsmi səfəri noyabrın 11-dək davam edəcək. Ermənistanda olduğu müddətdə onun baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyanla görüşləri, həmçinin Mnatsakanyanla danışıqları nəzərdə tutulur.

İkitərəfli əməkdaşlığın, EAEU - Avrasiya İqtisadi İttifaqı, KTMT və MDB arasında xarici siyasət sahəsində əməkdaşlıq, BMT, ATƏT, Avropa Şurası, QDİƏT və digər beynəlxalq forumlarda mövqelərin əlaqələndirilməsi məsələlərinin hərtərəfli müzakirəsi planlaşdırılır.//APA

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top