Sabahın havası açıqlandı


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yeniavaz.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Gün ərzində mülayim cənub-qərb  küləyi əsəcək. Havanın temperaturu  gecə 10-14° isti, gündüz  18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz  19-21° isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.  

Noyabrın 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz  18-23° isti, dağlarda gecə 3-8° isti,  gündüz  13-18° isti təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top