Azərbaycanda doğuş zamanı ana ölümü ilə bağlı RƏSMİ MƏLUMAT


8 noyabr 2019-ci il tarixində Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva ikinci lhamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı ailə həkiminin göndərişilə Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir.

Yeniavaz.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, Yevlax rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı patologiyalar aşkarlanmışdır. Tibbi təlimata əsasən o, həmin gün təcili tibbi yardım maşınıilə həkim nəzarəti altında Səhiyyə Nazirliyi akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik söbəsinə göndərilmişdir. 10 noyabr 2019-cu il tarixində G.Əliyeva həmin tibb müəssisəsində uşaq dünyaya gətirib. Ananın ölümü doğuşdan sonra baş verib.
Akademik M. Ə.  Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir.

***10 noyabr saat 12:46
Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yevlax rayon Mərkəzi Xəstəxanasında baş verib. 28 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva qız uşağı dünyaya gətirərkən həyatını itirib.

Dünyaya gələn körpə mərhumun ikinci övladıdır.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top