Estetik klinika Keyt Middletonu biabır edib - İngiltərə bu qalmaqalla çalxalanır

İngiltərə bu qalmaqalla çalxalanır

Londondakı bir estetik klinika İngiltərə şahzadəsi Keyt Middletonun şəkillərini Instaqram səhifəsində istifadə edib. Bu hadisə Buckingham Sarayında da ciddi ajiotaja səbəb olub. Hər şey ailənin keçmiş gəlini, şahzadə Endryunun boşandığı həyat yoldaşı Sarah Fergusonun zaman-zaman gedib botoks və ya üz gərdirmə prosedurları həyata keçirdiyi klinikanın öz reklamı üçün Middletonun şəkillərini "İnstagram" səhifəsində yayınlaması ilə başlayıb.

Klinika rəsmi Instagram səhifəsində Middletonun illər öncə bir Vimbledon turniri zamanı çəkilən az makiyajlı pozası ilə rəsmi tədbirlərdən birində çəkilən makiyajlı pozasından istifadə edib. Bununla da sanki Middletonu klinikanın müştərisi kimi cəmiyyətə təqdim etməyə çalışıblar.

Klinika instaqram səhifəsində üz qaldırma və botoks kimi proseduralarla istifadəçilərinə 4 min sterlinq qarşılığında daha təravətli və gənc bir görüntü vəd edirdi. Amma onlar şahzadə Keytin şəkillərindən bu cür saxtakarlıq məqsədilə istifadə etdikləri üçün ciddi ajiotaj yaradıblar. Son nəticədə də onun şəkilləri İnstaqram səhifəsindən götürülüb. Eyni klinikanın müştərilərindən biri, kral ailəsinin keçmiş gəlini Sarah Fergusondur. Klinika daha öncə də İnstaqram səhifəsində Fergusonun şəklindən istifadə edərək, həyata keçirdiyi prosedurlar barədə məlumat vermişdi.

Ümumiyyətlə, kral ailəsinin qadınları ilə bağlı xeyli sayda qadağalar var. Onlardan bir neçəsini yada salaq.

Kral ailəsinin qadınları obyektivlərə poz verərkən çənələrini yerə paralel olaraq tutmaq məcburiyyətindədilər. Bundan başqa, kral ailəsinin qadınları axşam üstü, saat 18.00-ə qədər qatıldıqları bəzi tədbirlərdə şlyapa taxmaq məcburiyyətindədilər.  O saatdan sonra isə mütləq tacdan istifadə etmələri lazımdır. Qadınların tacları başlarına uyğun bir şəkildə yerləşdirməsi belə öncədən hesablanmalıdır. Bir də, əlbəttə ki, tac hər kəsin yox, sadəcə, evli qadınların haqqıdır.

Bir kral ailəsinin üzvü hər hansı bir rəsmi səfərə gedirsə, mütləq yanında bir cənazə geyimi də daşıyır. Bunun səbəbi də getdiyi yerdə meydana gələ biləcək hər hansı bir ani ölüm və cənazə mərasiminə qatılmaq məcburiyyətinin ortaya çıxmasıdır.

Kral ailəsinin kişiləri ancaq başlarını əyərək hörmət əlaməti nümayiş etdirirlərsə, qadınlarda müəyyən bir bucaq altında dizlərini qıraraq reverans etməsi lazımdır.

Əlbəttə ki, kimin kimə reverans edəcəyi də bəllidir. Məsələn, Keyt Middleton kraliçaya reverans etmək məcburiyyətindədir. Amma kraliçanın ortancıl oğlunun iki qızı şahzadə Eugenie və Şahzadə Beatricin hər zaman belə bir məcburiyyəti yoxdur.

Kiçik şahzadənin geyimi dərzi əlindən çıxmalıdır - sərt qayda

Keyt Middletonun xüsusilə kraliça ilə birlikdə olduğu tədbirlərdə nəyə görə daha az diqqət cəlb edən rənglər seçdiyini heç düşündünüzmü?

Çünki bu da bir qaydadır. Kraliça heç zaman parlaq və diqqət çəkici rənglərdə geyinməməlidir. Çünki onun qələbəlik içində hər kəsdən ayırd edilə biləcək görünməsi lazımdır.

Kral ailəsinin qadınları cəmiyyət içində oturanda da müəyyən qaydalara riayət etməyə məcburdurlar. Üstəlik, bu qaydaları istədiyiniz vaxt öz xeyirlərinə dəyişmək imkanları da yoxdur. Kral ailəsinin qadınları ayaqlarını, ya ayaq biləyindən, ya da dizdən bir-birinə bitişdirib çaprazlayaraq oturmağa məcburdurlar.

Keçmişdə Keyt Middletonun qatıldığı rəsmi səfərlərdə geyimlərinə görə başına gələnləri hər kəs xatırlayır. ...Diz üstündəki bol ətəkləri havalandı. Düşes bir Hollivud ulduzu kimi maqazin jurnallarında göründü. Məhz bunun qarşısını almaq üçün də kraliça bəzi tədbirlər gördü... Çünki kral ailəsi üzvlərinin xüsusən də rəsmi səfərlərdə mühafizəkar geyimlər geyinməsi lazımdır. Hər nə qədər ailə üzvlərinin gündəlik geyimlər geyinməsi çox xoş qarşılanmasa da, gənc nəsil üzvləri bu qaydanı zaman-zaman pozurlar.

Bütün dünya onu Keyt Middleton olaraq bilsə də, əslində gəlin getdiyi ailədəki adı Ketrindir.

Kiçik şahzadə Corcun və bacısı şahzadə Şarlottanın rəsmi səfər və tədbirlərdə niyə əl salladığını bilirsiniz? Bu, şirinlik və sevimlilik olsun deyə deyil. Kral ailəsi uşaqlarının daha kiçik yaşlardan etibarən mədəni şəkildə danışması və ətrafdakılarla eyni formada əlaqə qurması lazımdır.

Kral ailəsi üzvlərinin bir neçə dildə yaxşı danışması lazımdır. Məsələn, şahzadə Corc daha bu yaşında ispan dilində öyrənməyə başlayıb. Bilindiyi kimi, onun dayəsi də bir ispandır.

Hər nə qədər uşaq olsa da, şahzadə Corcun belə riayət etməli olduğu geyim-gecim qaydaları var. Kiçik şahzadə mütləq dərzi əlindən çıxmış şortiklər geyinir. Bunun üçün mövsümün heç bir əhəmiyyəti yoxdur. Müəyyən bir yaşa qədər də onu şalvarla görə bilməyəcəyik.

Taxtın iki varisi əsla eyni təyyarə ilə səyahət edə bilmir. Şahzadə Corc da 12 yaşına gəldiyi andan etibarən atasının mindiyi təyyarə ilə səyahət edə bilməyəcək.  Hətta eyni yerə getsələr belə, o, ayrı təyyarəyə minməyə məcbur olacaq. Bunun səbəbi də hər hansı bir qəza zamanı ailənin iki üzvünün birdən dünyasını dəyişməsinin qarşısını almaqdır.

Əslinə qalsa, kral ailəsi üzvlərinin ər-arvad olsalar da, cəmiyyət içində bir-birlərinə təmas etmələri, qucaqlaşmaları doğru deyil.  Amma Keyt Middleton və Vilyam zaman-zaman bu qaydanı da bir kənara qoya bilir.

Bir dönəm Keyt Middletonun rəsmi ziyarətlər zamanı yubkasının açılması böyük hadisə olmuşdu. Ona görə də ailənin üzvü olan qadınlar bunların qarşısını almaq üçün pərdə ağırlıqlarından istifadə edirlər.

Bəzən geyindikləri “riskli” geyimlərin yubka hissəsinə bu ağırlıqlar görünməz şəkildə tikilir və beləcə küləkdə başlarına gələ biləcək, arzuedilməz görüntülərin qarşısı alınır.

Kral ailəsinə mənsub qadınların tünd rəngdə dırnaq lakın sürtməsi qadağandır. Amma çok açıq rəng, ya da dəri rəngində lak, ya da dırnaq cilasından istifadə edə bilirlər. Tünd rəngli laklar və taxma dırnaqlar xoş qarşılanmır.

Kraliçanın irəliləyən yaşına baxmayaraq, nəyə görə ailənin gənc nəsil üzvlərindən belə daha rəngli geyindiyini bilirsizmi? Bu rəngarəng geyim tərzi kraliçanın qələbəlik içində çox daha asan fərq edilməsini təmin edir. Bu həm “fərq edilə bilmək”, həm də təhlükəsizlik baxımdan son dərəcə önəmli bir qaydadır.

Bir kral ailəsinə əsla və əsla toxuna bilməzsiniz. Amma LeBron Ceyms bunu bilmədiyi üçün Keyt Middletonun çiyninə əlini qoymuşdu.

Bundan başqa, qadınlar rəsmi tədbirlərdə mütləq geyimlərinə uyğun şlyapalar taxmaq zorundadırlar. Ailə üzvləri qəhvə və ya çay içərkən də müəyyən qaydalara riayət etməyə məcburdular. Xüsusən də çay stəkanını tutarkən. Riayət edilməli olan qayda belədir: Stəkanın qulpundan baş və işarət barmaqları ilə tutmaq və orta barmaq da stəkanı altdan dəstəkləmək üçün istifadə etmək lazımdır.

Kral ailəsi üzvü olan şahzadə Roman-katoliklərlə nikaha girə bilməz. Krallıq ənənəsinə görə, bu inanc sahibləri katolikliyə murdarlıq gətirib. 2011-ci ildə bu yasaq rəsmi olaraq qaldırılsa da, hələ ki, bu “sindromu” qırmağa heç kim tələsmir.

Kraliça yeməyi bitirdikdən sonra heç kim yeməyinə davam edə bilməz. Ədəbsizlik sayılır.

“Olmaz”ların siyahısı bitib tükənmir. Sıralamağa davam edək. Kral ailəsindən heç kim kürk geyinə bilməz. Onlar London qəsrində stolüstü masa oyunları oynaya bilməzlər. Qəsrdən kənarda isə oynamaq mümkündür. Ailədaxili xüsusi günlərdə kimə hansı hədiyyənin alınacağına kraliça qərar verir. Qəsr daxilində dəniz məhsullarından istifadə qadağası var. Ailə üzvləri eyni zamanda seçkilərdə səs vermək səlahiyyətlərindən istifadə etmirlər. Skandalları izləyib, iqtidar partiyası ilə problemləri yoluna qoymağı daha üstün tuturlar.//musavat.com

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top