Bəşər Əsəd: "Ərdoğanı sevmirlər ancaq..."


Suriya prezidenti Bəşər Əsəd “Russia Today” televiziyasına müsahibə verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, rusiyalı jurnalistlərə müsahibə verən Bəşər Əsəd Ərdoğan barədə maraqlı ifadələr işlədib. Türkiyə ilə Avropa ölkələri arasındakı münasibəti eşq və nifrət adlandıran Suriya prezidenti belə deyib: “Avropa ilə Türkiyə arasındakı münasibət iki istiqamətli hərəkət edir. Avropa Türkiyə liderini sevmir. Ancaq, ona ehtiyacları var".
Suriya prezidenti həmçinin Avropa ölkələrinin mühacirləri qəbul etməməsinə də münasibət bildirib: "Bu gün ola bilsin ki, Avropa mühacirləri qəbul etməyi təhlükəli hesab edir ancaq, Suriyadakı terrorçuları dəstəkləmək daha təhlükəlidir".

DİGƏR XƏBƏRLƏR

Top