ABŞ-da Lil Pump adlı məşhur repçi klip çəkilişində xoşagəlməz hadisə ilə rastlaşıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-lı repçi Lil Pumpu yeni klipinin çəkilişində ilan sancıb. Təcili xəstəxanaya çatdırılan repçinin səhhətinin yaxşı olduğu bildirilib. Klipdə istifadə olunması planlaşdırılan iri ilan zəhərsiz olub. Repçi həmin anları "Instagram" hesabından paylaşıb.