Çanaqqala şəhərinin Ayvacık əyalətində Yunanıstana getmək istəyən 205 nəfər saxlanılıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Kocaköy əyalətində gizlənən əfqan əsilli 205 nəfər Yunanıstanın Midilli adasına keçmək istəyərkən saxlanılıblar. Qadın və uşaqların çoxluq təşkil etdiyi miqrant qrupu Ayvacık polis əməkdaşları tərəfindən tutulub. Qanunsuz yolla ölkəni tərk etmək istəyən miqrantlar “Xaricilərin Qayıdış Mərkəzi” qurumuna təslim edilib.
Şəbnəm Zahir