DYP Bayrağı Günü münasibətilə aksiya keçirib - FOTO


Dövlət Yol Polisinin Mingəçevir bölməsinin əməkdaşları tərəfindən təşkil olunan Bayraq aksiyası Heydər Əliyev prospektində keçirilib.
Yeniavaz.com xəbər verir ki, yol polisi əməkdaşları bu gün şəhərin əsas prospektində növbəti dəfə əməliyyat reydinə çıxıb, amma bu reyd zamanı məqsəd qayda pozucularını aşkar edib cəzalandırmaq olmayıb. Bu səbəbdən də sürücü və piyadalar üçün yol polisinin davranışı əsl sürpriz olub. Çünki saxladıqları avtomobillərin sürücülərini Dövlət Bayrağı Günü münasibətilə təbrik edən polis əməkdaşları onların hər birinə bayram münasibətilə Dövlət Bayraqları hədiyyə edib. Aksiya piyadaları da əhatə edib. Yol polisinin bayram sürpirizindən məmnuniyyət ifadə edən sürücü və piyadalar polis əməkdaşlarına gələcək xidmətlərində uğurlar arzulayıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top