Bakı şəhər və Masallı rayonunda avtomobil qaçırlıb.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Yasamal Rayon polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Buta qəsəbə sakini T.Abbasov saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobil onun yaşadığı evin həyətində tapılıb.
Bundan başqa, Masallı Rayon polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də Mahmudavar kəndi ərazisindən kənd sakini A.Səfərova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini R.Həsənov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma apaırlır.