Mingəçevir sakini yük maşınından yıxılaraq ağır xəsarət alıb


Mingəçevir sakini yük maşınının üstündən yıxılaraq ağır xəsarət alıb. 
Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin  Bağlar yaşayış massivi ərazisində baş verib.
1957-ci il təvəllüdlü şəhər sakini Məhərrəmov Əsədulla Fətulla oğlu ”KamAZ” markalı maşının yük yerinin üstündən yıxılaraq ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Onun baş və bədən nahiyəsində çox sayda ağır xəsarətlər və beyin silkələnməsi faktı aşkarlanıb.
Yaralı reanimasiya  şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top