Elektron siqaretin ölümə səbəb olduğu təsdiqləndi


ABŞ-da 40-dan çox insanın ölümünə səbəb olan elektron siqaretdə təhlükəli kimyəvi maddə aşkarlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, elektron siqaretin hazırlanmasında istifadə edilən E asetat adlı kimyəvi maddənin zərəri aşkarlanıb.
Həmin maddə ağciyər xəstəliklərinə yol açır. 10 fərqli bölgədə elektron siqaret istifadəçisi 29 xəstədən alınan nümunələr bunu deməyə əsas verib.
Həkimlər E asetat adlı kimyəvi maddənin həddən artıq yapışqan olduğunu və ağciyərə daxil olduqdan sonra bir daha çıxmadığını bildiriblər. 

Ruslan Yusibov
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top