Sumqayıtda quşbaz binanın damından yıxılaraq öldü


Sumqayıtda ölüm hadisəsi baş verib.
Hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
Şəhər sakini, 1970-ci il təvəllüdlü Melikov İmran Sədulla oğlu 5 mərtəbəli binanın damına çıxıb.
Məlumata görə o, damda göyərçin saxlayırmış. İ.Melikov ehtiyatsız davranıb və nəticədə damdan yerə yıxılıb. O, hadisə yerində keçinib.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (APA)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top