“Ən böyük arzum fəxri ad almaqdır” – Namiq Qaraçuxurlu


"Ən böyük arzum fəxri ad almaqdır. İllərdir ətrafıma yalnız özüm kimi, yaltaqlığı bacarmayan insanlar yığdım".

Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Şou ATV" verilişində deyib. 

Sənətçi həyatından, dostlarından bəhs edib: "İnsanlara təbliğ edə bilmirəm ki, xeyirxaham. İnsanları aldadan sənətçilər heç vaxt xoşbəxt olmur. Onlar bədbəxtdirlər. Yalançı şərhlər, baxış sayı toplayırlar. Qəlblərinin dərinliyində bilirlər ki, axı bunlar bu qədər sevilmirlər. Bədbəxtçilikdir...

Ola bilsin maddi durumum qazandığımdan aşağıdır. Amma içim rahatdır. Bir vaxtlar yanımdakılar mənə deyirdilər ki, sən ulduz ola bilmədin. İndi onlar mənə qarşı ulduzluq edirlər. Dərk etdim ki, ulduz olmaq lazım imiş. Çalışın insanın maddiyatına baxmayın. Yanınızda mərd adam olsun. Dostlarınızla yüz faiz yaxın olmayın".//musavat

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top