Oqtay Gülalıyevin son durumu - Komadan ayılması uzun çəkə bilər


Müalicə üçün Bakıdan İstanbula aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı dəhşətli xəbər açıqlanıb.

Oqtay Güləliyevin oğlu Təbriz Gülalıyev atasının son durumu ilə bağlı Türkiyə həkimlərinin rəyini açıqlayıb:

“Təəssüflər olsun... Türkiyə həkimləri atam Oqtay Gülalıyevlə bağlı etdikləri (KT) müayinənin cavablarını açıqladılar. Həkimlərin bildirdiyinə görə atamın beyin hüceyrələrindən 3-ü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq... Həmçinin, həkimlər bildiriblər ki, komadan ayılması uzun çəkə bilər. Bu müddət 6 ay, hətta 1 il belə ola bilər”.


Oqtay Gülalıyev Türkiyədə - İstanbul şəhərində Avrasiya klinikasına yerləşdirilib.

Qeyd edək ki, hüquq müdafiəçisinin Türkiyədə müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Güləliyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb.

Oqtay Gülalıyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı) əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi qalır. (Modern.az)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top