Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu - TƏFƏRRÜAT - YENİLƏNİB


Bakının Qaradağ rayonunda baş vermiş yol qəzası nəticəsində xəsarət alan 3 nəfərdən birinin vəziyyəti ağır olaraq qalır.

Yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Hadisə isə Səngəçal terminalının qarşısında qeydə alınıb.

Avtoqəzanın səbəblərinə gəlincə, məlum olub ki, "KamAZ" markalı yük maşınının sürücüsü geriyə doğru manevr etmək istəyib. Bu vaxt Bakıdan Salyan istiqamətində hərəkətdə olan mikroavtobus ona çırpılıb.

Hazırda qəza ilə bağlı araşdırmalar aparılır.

19:54***
Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax şosesinin Qaradağ rayonunun ərazisinə düşən hissəsində, DYP-nin stasionar postunun yaxınlığında qeydə alınıb.  

Məlumata görə, “Ford” markalı sərnişin mikroavtobusu yük avtomobilinə çırpılıb.

Qəza zamanı çoxlu sayda xəsarət alanların olduğu bildirilir. 

 Qəza nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib. 

Əlavə məlumat veriləcək.(APA)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top