Gürcüstanda maşın bazarının satıcıları tətil elan ediblər


Tbilisidə yerləşən İsani maşın bazarının satıcıları tətilə başlayıblar.

Etirazçılar icarəyə götürdükləri obyektlərin aylıq ödənişinin lari ilə ödənilməsini və məbləğin azaldılmasını tələb edirlər.

Satıcılar ölkədə dolların bahalaşmasının onları çətin vəziyyət qarşısında qoyduğunu bildiriblər.

Tətilin bazar rəhbərliyinin tələbləri qəbul edənədək davam etdirilməsi nəzərdə tutulub. (APA)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top