Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı


"İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki əcnəbi vətəndaş ov qaydalarının pozulmasına görə saxlanılıb".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) departament direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat məbləğində cərimələnib:

"Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib".

H.Əlizadə qeyd edib ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur. (APA)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top