Metrostansiyalara ad verilməsi ilə bağlı məsələyə aydınlıq gətirildi


Metropoliten yeni stansiyaların adı ilə bağlı qərar yox, təklif verə bilər. 

“Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov yeni tikilən stansiyalara adların verilməsi ilə bağlı məsələyə də münasibət bildirib. 

Onun sözlərinə görə, metrostansiyalarının adları Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Adqoyma Komissiyası tərəfindən seçilir:

“Onu da qeyd edim ki, metropoliten də yeni stansiyaların adları ilə bağlı bir sıra təkliflər irəli sürür. Buna baxmayaraq, yekun qərarı Nazirlər Kabinətində fəaliyyət göstərən komissiya təsdiq edir”.

Qeyd edək ki, bir müddət əvvəl şərti adı “B3” olan stansiyaya Milli Qəhrəman Mübariz İbrahimovun adının verilməsi təklif olunurdu. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top