Nyu-York Ali məhkəməsi “Tramp Xeyriyyə Vəqfi”ni siyasi və iqtisadi məqsədlə istifadə edən ABŞ prezidenti Donald Trampı 2 milyon dollar məbləğində cərimələyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Məhkəmədə hakim Saliann Skarpulla “Tramp Xeyriyyə Vəqfi”nin bağlanması və vəqfə aid 1.7 milyon dolların digər vəqflərə köçürülməsi qərarını alıb.
Qeyd edək ki, Nyu-York şəhər prokrorluğu keçən il “Tramp Xeyriyyə Vəqfi”ni məhkəməyə verib və 2.8 milyon dollar cəza ödəməsini tələb edib.
Firəngiz Quliyeva