
Fransada 2 polis 2019-cu il mayın 1-də baş verən etiraz aksiyası zamanı iştirakçılara şiddət göstərdiklərinə görə məhkəməyə verilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində, “sarı jiletlilər”in etiraz aksiyaları zamanı polislərdən birinin etirazçıya şillə vurduğu, digər polisin isə başqa etirazçıya daş atdığı məlum olub.
“Sarı jiletlilər”in etiraz aksiyasında sonra ilk dəfə olaraq polsilərdən ikisi məhkəmə qarşısına çıxarılacaq.
Qeyd edək ki, Fransada “sarı jiletlilər”in etiraz aksiyaları zamanı iştirakçılara şiddət göstərməsi ilə əlaqədar 313 polis əməkdaşına cinayət işi açılıb.
Xatırladaq ki, Fransa Daxili İşlər Naziri Kristof Kastaner hadisələr zamanı 4 nəfərin gözündən ağır yaralandığını bildirmişdi.
Lalə Cəfərli