Rusiyaya kim daha çox səfər edir: Ermənistan, yoxsa Azərbaycan rəhbərləri? - MARAQLI STATİSTİKA


Gələn ay Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu, Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra Rusiyaya edəcəyi sayca 10-cu səfəri olacaq.
Məlumat üçün bildirək ki, Nikol Paşinyan ötən ilin may ayının 8-dən etibarən Ermənistan hökumətinə rəhbərlik edir. Paşinyan baş nazir olduqdan cəmi 5 gün sonra - 13 may tarixində  Rusiyaya səfər edib.
Müqayisə üçün bildirək ki, ötən ilin may ayəndan bugünə kimi Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya cəmi 3 dəfə səfər edib.
Ümumiyyətlə Ermənistan rəhbərliyinin Rusiyaya etdikləri səfərlərin sayı digər ölkələrə etdikləri səfərlərlə müqayisədə dəfələrlə çox olur. Məsələn, Paşinyan il yarımlıq hakimiyyəti dövründə Rusiyadan sonra ən çox Fransaya səfər edib ki, bu da Rusiya ilə muqayisədə 3 dəfə az olub. Belə ki, Ermənistan hakimiyyətinin rəhbəri Rusiyaya 9, Fransaya 3 dəfə səfər edib.
Ermənistan hakimiyyətinin Rusiyaya intensiv səfərləri Paçinyandan əvvəlki rəhbərliyin dövründə də müşahidə olunub. Ermənistanın eks prezidenti Serj Sarkisyan hakimiyyətdə olduğu 10 il - 2008-2018-ci illər ərzində Rusiyaya 44 dəfə səfər edib. Paşinyan kimi Sarkisyan da Rusiyadan sonra ən çox Fransaya səfər edib. Amma bu səfərlərin sayı Rusiya ilə müqayisədə 4 dəfə az olub. Serj Sarkisyan 10 il ərzində Fransaya 10 dəfə səfər edib.
Onu da bildirək ki, bu dövürdə Azərbaycan prezidentinin Rusiyaya səfərlərinin sayı Ermənistan prezidentinin səfərlərinin sayı ilə müqayisədə təxminən 2 dəfə az (23 səfər) olub.
Onu da qeyd edək ki, Ermənistan və Azərbaycan rəhbərlərinin Rusiyaya səfərlərindən fərqli olaraq Rusiya prezidentinin Ermənistan və Azərbaycana səfərlərində kəskin fərq yoxdur. Prezident olduğu dövürdə Rusiya prezidenti Ermənistanla müqayisədə Azərbaycana 1 dəfə daha çox səfər edib. Rusiya rezidenti Vladimir Putinin 2001-2019-cu illər ərzində 7 dəfə Azərbaycana, 6 dəfə Ermənistana səfər edib.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top