Ayı yaralı balasını xilas etmək istədi... - REAL VİDEO


ABŞ-da avtomobilin vurduğu ayının anası tərəfindən xilas edilmək cəhdləri kameralara yansıyıb.
Yeniavaz.com nypost.com-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatı yaxınlığında yolu keçmək istəyən ayı sürüsünü avtomobil vurub. Onlardan biri ağır yaralanaraq maşınların hərəkət etdiyi küçənin ortasında qalıb. Ayı ayağa qalxıb getmək istəsə də yenidən yıxılıb. Bunu görən digər yırtıcılar meşəya qaçmaq əvəzinə yaralı ayıya yardım etməyə başlayıb. Ayının anası heyvanı boynundan tutaraq kənara çəkməyə cəhd edib və bunu dəfələrlə təkrarlayıb. Yırtıcılar çətinliklə olsa da yaralı ayını avtomobil yolundan kənara çəkə biliblər. Həmin anlar hadisə səbəbilə dayanan avtomobillərdən birinin təhlükəsizlik kameraları tərəfindən qeyd edilib.
Diqqət: Saytımıza girişdəki problem həll edilib

 

DİGƏR XƏBƏRLƏR

Top