“Qarabağ” APOEL-ə uduzdu, "Sevilya" 1/16 finala yüksəldi


Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib.

Ağdam klubu qrup mərhələsinin IV turunda Kiprin APOEL klubu ilə qarşılaşıb.

Bu matçadək A qrupunda 2-ci olan Qurban Qurbanovun yetirmələri Nikosiyanın GSP stadionundakı qarşılaşmaya erkən qolla başlayıblar. Maksim Medvedev 10-cu dəqiqədə hesabı açıb.

Qarşılıqlı hücumlarla keçən oyunda hər iki komanda ardıcıl həmlələr təşkil etsə də, hesab yalnız ikinci 45 dəqiqədə dəyişib. Lukas Souza meydan sahiblərinin bərabərlik qoluna imza atıb. 

Lakin “Qarabağ” bu hesabı qoruya bilməyib. Kipr təmsilçisi oyunun sonlarında qələbə qoluna imza ata bilib. İlk iki qol kimi bu top da künc zərbəsindən sonra vurulub. Efrem meydan sahiblərini sevindirib – 2:1.

Qeyd edək ki, qrupun digər oyununda Lüksemburqda “Düdelanj”ın qonağı olan “Sevilya” 5:2 hesabı ilə qalib gəlib. İspaniya klubu bununla da nəinki 1/16 finala vəsiqəni, A qrupunda 1-ci yeri təmin edib.

Avropa Liqası
Qrup mərhələsi
IV tur, A qrupu
7 noyabr
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Medvedev, 10 - Souza
, 59, İoannou, 88
Baş hakim: 
Manuel Şuttenqruber (Avstriya)
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joajinyo, 29. Praxitelis Vouros, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 11. Musa Suleyman, 30. Giorqos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacıyev, 23. Faysel Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye. 
Baş məşqçi: Qurban Qurbanov.
Nikosiya. GSP stadionu

1

Sevilya

4

4

0

0

13-1

12

2

APOEL

4

1

1

2

7-8

4

3

Qarabağ

4

1

1

2

7-8

4

4

Düdelanj

4

1

0

3

6-16

3


APA
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top