Azərbaycanda ilk - Autizmə aid kitab nəşr olundu - FOTO


Azərbaycanda ilk dəfə olaraq BP Azərbaycan və tərəfdaşlarının dəstəyi ilə “Autizm Fərdlər Üçün Material və Fəaliyyət Kitabı” adında Birgə və Sağlam İctimai Birliyinin yeni kitabı nəşr olunub.
Yeniavaz.com xəbər verir ki, beynəlxalq ekspert Prof. Dr. Binyamin Birakının eləcədə Aytən Eynalova, Nərmin Rəhimli və Şəbnəm Əfəndiyevanın müəllifi olduqları kitab autizm sindromlu uşaqların valideyinləri üçün nəzərdə tutulub. Bu kitabın məqsədi autizmli və ya digər inkişaf ləngiməsi olan uşaqlara sahib valideynlərə ev şəraitində adi vasitələrdən (əşyalardan) istifadə etməklə təhsil materialı düzəltmələrinə və müxtəlif fəaliyyətlərlə uşaqların inkişaflarını dəstəkləmələrinə yol göstərməkdir. Kitabdakı proqramların nəticəsində həm siz, həm də övladlarınız yeni qabiliyyət və bacarıqlar əldə edəcəksiniz.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top